Azərbaycan, Bakı, 10 may / Trend/
Bu gün Dəməşqdə baş verən terror aktları zamanı ölənlər və yaralananlar arasında azərbaycanlılar yoxdur. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev bildirib.
Cümə axşamı Suriyanın paytaxtı Dəməşqdə baş verən terror aktlarının qurbanlarının sayı on nəfər olub. Bu barədə "Suriya" telekanalı xəbər verir.
Telekanalın məlumatına görə, ölənlərin əksəriyyəti mülki şəxslərdir. Yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Cümə axşamı səhər Dəməşqin beynəlxalq aeroportuna gedən magistralda iki güclü partlayış baş verib. Daha sonra isə atışma başlayıb.
Səfirlik Suriyadakı vəziyyətlə bağlı bu ölkədəki azərbaycanlıları son dərəcə ehtiyatlı olmağa çağırır.