...

Rəsmi Bakı "Eurovision-2012" mahnı müsabiqəsinin siyasiləşdirilməsini pisləyir

Siyasət Materials 24 May 2012 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Rəsmi Bakı "Eurovision-2012" mahnı müsabiqəsinin siyasiləşdirilməsini pisləyir.

"Artıq "Eurovision" müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik", - bunu cümə axşamı Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir.

"Avropa Yayım Birliyi mütləq şəkildə buna müdaxilə etməlidir və bu tipli siyasiləşmə aksiyalarının qarşısını almalıdır. O biri tərəfdən, bu cür çıxışlar Azərbaycanda "Eurovision"a qatılan digər iştirakçılara hörmətsizlikdir. Bu, müsabiqəyə bilet alıb, tədbiri izləyən tamaşaçılara hörmətsizlikdir, Avropa musiqi yarışmasının tərəfdarlarına hörmətsizlikdir. Düşünürəm ki, bu siyasiləşmənin qarşısı tezliklə alınmasa, "Eurovision" yarışmasına qatılanlar, onu təşkil edənlər buna müvafiq münasibət bildirəcəklər", - PA rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti