...

Azərbaycan Prezidenti Argentinanın xarici işlər və etiqad nazirini qəbul edib

Siyasət Materials 3 İyul 2012 19:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Argentinanın xarici işlər və etiqad nazirini qəbul edib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğuladı.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti