...

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 5 İyul 2012 08:26 (UTC +04:00)
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy cümə axşamı Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy cümə axşamı Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Herman Van Rompuy və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Xəbər lenti

Xəbər lenti