...

ABŞ səfirliyinin əməkdaşları Qəbələdə ABLE düşərgəsinə baş çəkiblər

Siyasət Materials 16 İyul 2012 13:42 (UTC +04:00)
İyulun 15-də ABŞ-ın Azərbaycankı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq və yardımçı attaşe xanım Fərəh Xan Qəbələdə təşkil olunan 14-16 yaşlı Azərbaycanlı oğlanların Liderlik Təcrübəsi ABLE düşərgəsinə baş çəkiblər.
ABŞ səfirliyinin əməkdaşları Qəbələdə ABLE düşərgəsinə baş çəkiblər

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir E. Mehdiyev/

İyulun 15-də ABŞ-ın Azərbaycankı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq və yardımçı attaşe xanım Fərəh Xan Qəbələdə təşkil olunan 14-16 yaşlı Azərbaycanlı oğlanların Liderlik Təcrübəsi ABLE düşərgəsinə baş çəkiblər.

Trend-in məlumatına görə, onlar düşərgə iştirakçıları ilə söhbət edib, müzakirələr aparıb, təcrübələri haqqında danışıblar, liderliyin vacibliyi və gender bərabərliyindən söz açıblar.

Sterlinq qeyd edib ki, bu gün gördüyü uşaqlar ağıllı, sərbəst düşünən və artıq öz icmalarında liderdirlər. O, ümidvar olduğunu bildirib ki, bu uşaqlar gələcəkdə də Azərbaycanla ABŞ arasında pozitiv əməkdaşlığa öz töhfələrini verəcəklər və onlar Azərbaycanın adını daha da ucaldacaqlar.

Azərbaycanlı həmkarlarl ilə birgə ABŞ-ın Sülh Korpusu tərəfindən idarə edilən ABLE düşərgəsi azərbaycanlı gənclərə liderlik, icmaya xidmət, günder bərabərliyi, komanda işi və könüllük anlayışlarını təbliğ edən bir həftəlik proqramda görüşüdür. Düşərgə iyulun 13-də öz işinə başlayıb və iyulun 18-dək davam edəcək. 30 nəfərdən çox iştirakçının olduğu düşərgədən sonra bütün iştirakçılar döğma şəhər və kəndlərində icma layihəsini tamamlayacaqlar.

Xəbər lenti

Xəbər lenti