...

Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır – səfir

Siyasət Materials 25 İyul 2012 13:06 (UTC +04:00)
Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır. Trend-in məlumatına görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır – səfir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır. Trend-in məlumatına görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.

"Özbəkistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir, bizi bir-birimizlə tarixi köklər bağlayır", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Özbəkistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır.

Fayziyev qeyd edib ki, Özbəkistan Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"Ticari-iqtisadi və nəqliyyat-tranzit layihələri bizim üçün çox vacibdir və biz bu sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti