...

Barak Obama Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 16 Avqust 2012 18:37 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Azərbaycan dövlətinin başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.
Barak Obama Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

ABŞ Prezidenti Barak Obama Azərbaycan dövlətinin başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

"Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş, nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır. Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir. Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!", - Obamanın təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti