...

ABŞ konqresmeni Bakıda səfərdədir

Siyasət Materials 4 Sentyabr 2012 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ konqresmeni Dan Börton Azərbaycanda səfərdədir. Bu barədə Trend-ə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən məlumat verilib.

Börtonun Bakıda bir sıra görüşlər keçirməsi gözlənilir.

Səfirlik səfərin məqsədi barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Dan Börton 21 iyun 1938-ci ildə İndianada anadan olub və İndiana ştatının 5-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasının üzvü və Respublikaçılar Partiyasının üzvüdür.

Xəbər lenti

Xəbər lenti