...

Azərbaycanın millət vəkilləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak edəcək

Siyasət Materials 14 Sentyabr 2012 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycanın millət vəkilləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, millət vəkilləri Asəf Hacıyev və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 39-cu və təşkilatın reqlament üzrə işçi qrupunun iclaslarında iştirak edəcəklər.

Bunun üçün deputatlar sentyabrın 16-dan 22-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Tədbirlərdə quruma üzv dövlətlərin dayanıqlı iqtisadi inkişafında özəl sektorla tərəfdaşlığın rolu, təşkilatın 20 illiyinə həsr olunmuş Bəyanatın müzakirəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti