...

Türkiyənin İraqın şimalında aparacağı hərbi əməliyyatlar beynəlxalq hüquqa əsaslanır

Siyasət Materials 27 Sentyabr 2012 12:38 (UTC +04:00)
Türkiyənin İraqın şimalında PKK yaraqlılarına qarşı aparacağı hərbi əməliyyatlar beynəlxalq hüquqa tam uyğundur.
Türkiyənin İraqın şimalında aparacağı hərbi əməliyyatlar beynəlxalq hüquqa əsaslanır

Azərbaycan, Bakı, 27 sentyabr / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin İraqın şimalında PKK yaraqlılarına qarşı aparacağı hərbi əməliyyatlar beynəlxalq hüquqa tam uyğundur. Bu barədə cümə axşamı Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.

"Türkiyənin PKK yaraqlılarına qarşı hərbi əməliyyatları qanun pozuntusu deyil. Bütün əməliyyatlar beynəlxalq hüquq çərçivəsində aparılır", - mənbə bildirib.

Onun sözlərinə görə, hamıya məlumdur ki, İraqın şimalından Türkiyə üçün terror təhdidi gəlir və Türkiyə öz vətəndaşlarını müdafiə etməyə borcludur.

İraqın bəzi rəsmi şəxslərinin Türkiyənin İraqın şimalındakı hava məkanında apardığı əməliyyatların qanunsuz olması barədə dediklərinə gəldikdə, mənbə qeyd edib ki, həmin bəyanatlar bu adamların şəxsi fikirləridir və reallıqla heç bir əlaqəsi yoxdur.

Dünən Türkiyə öz hərbi texnikasını İrağın şimalında cəmləşdirməyə başlayıb.

Baş qərargahın məlumatına görə, Türkiyə İraqın şimalında PKK yaraqlılarına qarşı "Payız təmizləməsi" şifrə adı altında əməliyyat aparacaq.

Xəbər lenti

Xəbər lenti