...

Moskva Qəbələ RLS-in icarəsindən imtina edə bilər - ekspert

Siyasət Materials 28 Sentyabr 2012 15:07 (UTC +04:00)
Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ilə bağlı müqavilənin müddətinin yalnız 2-3 il müddətinə uzadılması onu göstərəcək ki, İran ətrafında gərginlik azalan kimi Moskva müqavilənin vaxtının başa çatması ilə bu RLS-i istifadə etməkdən imtinaya çalışacaq.
Moskva Qəbələ RLS-in icarəsindən imtina edə bilər - ekspert

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ilə bağlı müqavilənin müddətinin yalnız 2-3 il müddətinə uzadılması onu göstərəcək ki, İran ətrafında gərginlik azalan kimi Moskva müqavilənin vaxtının başa çatması ilə bu RLS-i istifadə etməkdən imtinaya çalışacaq. Trend-in məlumatına görə, MDU-nun İnformasiya-analitik mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev belə hesab edir.

"Son məlumatlara əsasən, Rusiya 2-3 illik dövrdən sonra icarə müddətinin uzadılmasından imtina edə bilər. Çox güman ki, hələ İran ətrafında yüksək gərginlik qaldığı müddətdə və Rusiya hərbiçiləri cənubda işə salınan yeni nəsil RLS-lərin əhatə zonasını tam tənzimləməyənə qədər Qəbələ RLS saxlanılacaq", - Karavayev RİA-Novosti agentliyinin təşkil etdiyi Moskva-Bakı telekörpüsü zamanı deyib.

Onun sözlərinə görə, bu o demək deyil ki, Azərbaycan və Rusiya müdafiə sahəsində digər birgə layihələr həyata keçirə bilməz.

Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi haqqında müqavilənin müddəti, çox güman ki, maksimum 3 il uzadılacaq, lakin sazişin maliyyə parametrləri bu müddət üçün əvvəlki kimi qalacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü danışıqlar prosesinə yaxın mənbə RİA-Novosti-yə bildirib.

"Hazırda mövcud parametrlər və maliyyə göstəriciləri əsasında müqavilənin 2-3 il müddətinə uzadılmasından söhbət gedir", - agentliyin həmsöhbəti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti