...

Azərbaycann ABŞ-dakı səfiri İlinoys İlinoys ştatının rəsmiləri ilə ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə edib (FOTO)

Siyasət Materials 25 Oktyabr 2012 07:33 (UTC +04:00)
Azərbaycann ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın İlinoys ştatına səfəri çərçivəsində ştat rəsmiləri ilə bir sıra görüşlər keçirmişdir.
Azərbaycann ABŞ-dakı səfiri İlinoys İlinoys ştatının rəsmiləri ilə ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycann ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın İlinoys ştatına səfəri çərçivəsində ştat rəsmiləri ilə bir sıra görüşlər keçirmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Ştatın Nümayəndələr Palatasının spikeri olan Maykl Madiqan (Michael Madigan) tərəfindən azərbaycanlı diplomatin şərəfinə verilmiş işçi naharda ştatın müxtəlif orqanlarının təmsilçiləri, nüfuzlu iş adamları, türk icmasının üzvləri, eləcə də Avstraliya və İsrailin Çikaqo şəhərindəki baş konsulları iştirak etmişlər. Səmimi atmosferdə keçən işçi naharda səfir E.Süleymanov ölkəmizin geostrateji mövqeyi, xarici siyasət istiqamətləri, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri barədə geniş məlumat vermişdir. Bakı-Tiflis-Ceyhan boru kəmərinin ABŞ-ın regionda ən uğurlu layihəsi kimi xarakterizə edən diplomat hazırda gündəmdə olan enerji layihələrinin, xüsusilə TANAP layihəsinin reallaşması üçün ABŞ hökuməti tərəfindən siyasi dəstəyin bildirilməsinin vacibliyini vurğulamışdır.

Səfər çərçivəsində səfir həmçinin 2009-cu ildən İlinoys ştatının qubernatoru olan Pat Quin ilə görüşmüşdür. Görüşdə İllinoys ştatı ilə Azərbaycan arasında mümkün əməkdaşlıq sahaləri barədə fikir mübadiləsi aparılmışdır. Qubernator xüsusilə qarşılıqlı sərmayələrin yatırılması və universietlər arasında əlaqələrin qurulması ilə tələbə mübadiləsinin reallaşdırılmasının faydalı olacağını demişdir.

Səfir ABŞ-ın öncül və prestijli universitetlərindən hesab edilən Çikaqo Universitetinin İctimai siyasət üzrə Harris Məktəbində Azərbaycanın enerji siyasəti barəsində Universitetin tələbə-müəllim heyəti qarşısında çıxış etmişdir. Azərbaycanlı diplomat iştirakçılara ölkəmizin uğurlu neft diplomatiyasından, gündəmdə olan enerji və infrastruktur layihələrdən bəhs etmişdir. Səfir regional inteqrasiyaya tam nail olunması üçün Ermənistanın da bu layihələrə cəlb olunmasının faydalı olacağını, bunun üçün ilk şərtin isə Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli olduğunu demişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti