...

Prezident İlham Əliyev türkmənistanlı və çex həmkarını təbrik edib

Siyasət Materials 25 Oktyabr 2012 18:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev türkmənistanlı və çex həmkarını təbrik edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da öz inkişafını müvəffəqiyyətlə ­davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Vatslav Klausa təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Bu gün Azərbaycan-Çexiya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Qarşılıqlı səfərlərimiz, dövlətlərarası münasibətlərimizin müxtəlif sahələrinə dair imzalanan sənədlər əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaratmışdır.

Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və rifah diləyirəm".

Xəbər lenti

Xəbər lenti