Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Suriya ilə sərhəddə quraşdırmaq üçün NATO-dan "Patriot" zenit-raket kompleksi istəyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Sabah" qəzeti yazır.
Qəzetin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ankara "Patriot" kompleksinin bu ölkəyə tədarükü üçün NATO-ya rəsmi müraciət edəcək.