...

Azərbaycanın fövqəladə hallar naziri Türkiyə və İran səfirləri ilə görüşüb

Siyasət Materials 8 Noyabr 2012 18:30 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
Azərbaycanın fövqəladə hallar naziri Türkiyə və İran səfirləri ilə görüşüb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin, Azərbaycan FHN ilə Türkiyənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki dövlətin uyğun qurumları arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının vacibliyini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Türkiyə arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayini də qəbul edib.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. Həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının müvafiq qurumları arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və əməkdaşlığın dərinləşməsi üçün səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti