...

Aydın Hüseynov: YAP-ın niyyəti və strateji xətti cəmiyyətə açıqdır

Siyasət Materials 21 Noyabr 2012 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib.

"Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı", - Hüseynov deyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının 20 illik yaranma və inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.

"Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin birbaşa bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətt təşkil edir", - Hüseynov deyib.

O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü qeyd edib ki, partiyanın niyyəti və strateji xətti cəmiyyətə açıqdır.

"Partiyanın Milli Fəaliyyət Planı, ideya-məzmun konsepsiyasının əsası, trendləri Azərbaycanın yüksək inkişafının təmin olunmasından, zənginləşməsindən,dünyada ən qüdrətli dövlətə çevrilməsindən ibarətdir. Partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artmasına stimul verir", - Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti