...

İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 30 Noyabr 2012 17:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul edib.
İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Jorj Tito de Vaskonselos Kabral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Jorj Tito de Vaskonselos Kabral bu ilin iyununda ölkəsinin xarici işlər naziri ilə respublikamıza səfər etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd etdi. Azərbaycan ilə Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparılmasının önəmini vurğuladı. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə əməkdaşlığımızı sürətləndirmək üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini məmnunluqla qeyd etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat Senio Elvin Lyuis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycanın Seynt Vinsent və Qrenadin ilə beynəlxalq əməkdaşlığının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Seynt Vinsent və Qrenadinin BMT-də Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əlaqələrin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın bazasının yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.

Senio Elvin Lyuis Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu deyən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Baş nazir Ralf Qonzalvesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seynt Vinsent və Qrenadinin Baş nazirinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Xorxe Patrisio Aransibia Reyes etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyes Bakıdakı yüksək inkişaf proseslərinin, həyata keçirilən tikinti və abadlıq işlərinin şahidi olduğunu dedi.

Görüşdə son illər ölkələrimiz arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi nəticəsində əlaqələrin intensivləşdiyi vurğulandı, Azərbaycan-Çili əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanların yaradıldığı qeyd olundu.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin etimadnaməsini qəbul edib.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Alhaji Tukur Mani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycan ilə Nigeriya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Seulda keçirilən nüvə sammitində Nigeriya Prezidenti ilə görüşünü məmnunluqla xatırladı. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edən dövlətimizin başçısı bu dəstəyin qarşıdakı illərdə də davam edəcəyinə əminliyini bildirdi.

Fövqəladə və səlahiyyətli səfir Alhaji Tukur Mani Nigeriya Prezidenti Qudlak Conatanın salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan səfir bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Qudlak Conatanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti