...

Əhməd Davudoğlu: Hədəfimiz Suriyada qan tökülməsinin dayandırılmasıdır

Siyasət Materials 8 Dekabr 2012 08:44 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyənin hədəfi Suriyadakı münaqişəyə son qoymaq və Suriya xalqının iradəsinin yerinə yetirilməsinə şərait yaratmaqdır.
Əhməd Davudoğlu: Hədəfimiz Suriyada qan tökülməsinin dayandırılmasıdır

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyənin hədəfi Suriyadakı münaqişəyə son qoymaq və Suriya xalqının iradəsinin yerinə yetirilməsinə şərait yaratmaqdır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Davudoğlu BMT-nin baş katibi Pan Gi Mun ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, BMT və təşkilatın Təhlükəsizlik Şurasının lazımi mövqeyi tutmamasından Suriyadakı böhranın dərinləşməsinin qarşısını almaq mümkün olmayıb.

Suriya üzrə mövqeyinə görə Pan Gi Muna təşəkkürünü bildirən nazir qeyd edib ki, BMT-nin baş katibi cümə günü Türkiyənin İslahiye şəhərində Suriyalı qaçqınların məskunlaşdığı düşərgəyə baş çəkib.

"Suriyada siyasi problem kimi başlamış böhran böyük humanitar problemə və vətəndaş müharibəsinə çevrildi, - o deyib. - Baş katib və biz Suriya məsələsini müzakirə etdik. Hədəfimiz Suriyadakı münaqişəyə son qoymaq və Suriya xalqının iradəsinin yerinə yetirilməsinə şərait yaratmaqdır. Pan Gi Mun bu istiqamətdə böyük iş görüb. O, Suriya böhranının bütün mərhələlərində səylərini əsirgəməyib. Biz bu münaqişənin həlli naminə daima əlaqədəyik. Biz Pan Gi Mundan Suriya ilə bağlı hadisələr haqqında məlumat əldə etdik və ona bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra baş verən diplomatik hadisələr barədə məlumat vermişik", - Davudoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti