...

Dubayda ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

Siyasət Materials 14 Dekabr 2012 21:31 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və BƏƏ-dəki Səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Dubayda ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Çərşənbə axşamı Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və BƏƏ-dəki Səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Mərasimdə qonaq qismində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, Dubay şəhərində yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbirin açılış hissəsində Nazir Əli Abbasov, Səfir Elxan Qəhrəmanov və Baş Konsul Pərviz İsmayılzadə çıxış etmişlər.

Baş Konsul P. İsmayılzadə öz çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, ulu öndərin ölkəmizə qazandırdığı nailiyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Baş Konsul həmçinin, qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Çıxışın sonunda Baş Konsul ümummilli liderimizin siyasi kursunu bütün sahələrdə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmış, bütün bu qazanılmış uğurların təməlində isə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin durduğunu xüsusi qeyd etmişdir.

Tədbirdə Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilmişdir.


Xəbər lenti

Xəbər lenti