...

Hərbiçilərin məlum bəyanatına 1300 nəfər də qoşulub

Siyasət Materials 28 Yanvar 2013 14:32 (UTC +04:00)
Müdafiə Nazirliyinin hərbi qulluqçularının 3 gün öncə imzaladığı bəyanata daha 1300 nəfər qoşulub.
Hərbiçilərin məlum bəyanatına 1300 nəfər də qoşulub

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinin hərbi qulluqçularının 3 gün öncə imzaladığı bəyanata daha 1300 nəfər qoşulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 26 yanvar 2013-cü il tarixdə bir qrup hərbi qulluqçunun məlum bəyanatına Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən daha 1300 hərbiçi qoşulub.

Qeyd edək ki, yanvarın 26-da 150-dən artıq hərbi qulluqçu tərəfindən imzalanmış bəyanat orduya qarayaxmalara qarşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti