...

Azərbaycan və İsrail Yaxın Şərq və Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib

Siyasət Materials 3 Fevral 2013 01:34 (UTC +04:00)
Cari ilin 2 fevral tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin Müdafiə Naziri Ehud Barak ilə görüşmüşdür.
Azərbaycan və İsrail Yaxın Şərq və Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Cari ilin 2 fevral tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin Müdafiə Naziri Ehud Barak ilə görüşmüşdür.

Görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılmış və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyəti vurğulanmışdır. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd etmişlər.

Həmçinin, enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti