...

Azərbaycan xarici işlər naziri ABŞ-ı dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib

Siyasət Materials 3 Fevral 2013 01:41 (UTC +04:00)
Cari ilin 2 fevral tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi səfir Karlos Paskual ilə görüşmüşdür.
Azərbaycan xarici işlər naziri ABŞ-ı dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib

Azərbaycan, Bakı, 3 fevral /Trend /

Cari ilin 2 fevral tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi səfir Karlos Paskual ilə görüşmüşdür.

Görüşdə regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılmış və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu vurğulanmışdır. Bu çərçivədə Cənub Dəhlizinin xüsusi əhəmiyyəti qeyd edilmişdir.

Görüş zamanı həmçinin, regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti