Azərbaycan, Bakı, 17 fevral /Trend/
Bolqarıstanda elektrik enerjisi və istilik üçün ödənilən verginin artırılması çoxminli etiraz aksiyasının başlanmasına səbəb olub.
Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, etirazçılar Bolqarıstanın elektrik enerjisi bazarının əsas təminatçısı olan Çexiyanın CEZ və Energo-Pro, həmçinin, Avstriyanın EVN şirkətlərilə əlaqələrin kəsilməsini tələb ediblər.
Məlumatda deyilir ki, aksiya iştirakçıları hökumət binasını yumurta və pomidor "atəşi"nə tutublar. Onlar eyni zamanda, elektrik enerjisi əvəzinə şam yandırıblar.