...

Urmu gölünün vəziyyətinin ağır olduğuna dair xəbərlər yalandır – İranın Azərbaycandakı səfirliyi

Siyasət Materials 24 Fevral 2013 12:00 (UTC +04:00)
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin Urmu gölünün qurumasına dair Azərbaycanın bəzi KİV-ləri tərəfindən yayımlanan xəbərlərin doğru olmadığını qeyd edərək, bu gölün İran İslam Respublikasının kimliyinin, eləcə də İran və region üçün böyük önəm daşıdığını, həyati bir resurs olduğunu və İİR dövlətinin bu gölün qurtarılması üçün bütün imkanlarının səfərbər edildiyini vurğulayıb. Trend İranın ölkəmizdəki səfirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfirin sözlərinə görə, bəzi KİV və mətbuat məlumatsızlıqları ucbatından Urmu gölünün quruması, yaxud da, kiçilməsi barədə xəbərlər yayırlar
Urmu gölünün vəziyyətinin ağır olduğuna dair xəbərlər yalandır – İranın Azərbaycandakı səfirliyi

Azərbaycan, Bakı, 24 fevral /Trend/

İranın ölkəmizdəki səfiri Möhsün Pakayin Urmu gölünün qurumasına dair Azərbaycanın bəzi KİV-ləri tərəfindən yayımlanan xəbərlərin doğru olmadığını qeyd edərək, bu gölün İran İslam Respublikasının kimliyinin, eləcə də İran və region üçün böyük önəm daşıdığını, həyati bir resurs olduğunu və İİR dövlətinin bu gölün qurtarılması üçün bütün imkanlarının səfərbər edildiyini vurğulayıb. Trend İranın ölkəmizdəki səfirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfirin sözlərinə görə, bəzi KİV və mətbuat məlumatsızlıqları ucbatından Urmu gölünün quruması, yaxud da, kiçilməsi barədə xəbərlər yayırlar.

"Bu xəbərlər təkzib edilir və bilmək lazımdır ki, İran İslam Respublikası bu problemin həlli üçün xüsusi diqqət və qayğı göstərməkdədir, bunun üçün də bütün imkanlara malikdir. Urmu gölünün qurumaq təhlükəsilə qarşı-qarşıya deyil və əksinə, təxminən 2700 /km-ə bərabər olan bu gölün su hövzəsində 102 kiçik və böyük ada yerləşir, 19 çay ora axır. Urmu gölü qorunma indeksinə görə əla səviyyədədir" - deyə məlumatda bildirilir.

Pakayin Urmu gölünün probleminin əsas səbəblərini son 25 ildə yağışın illik səviyyəsinin 60/mm aşağı düşməsi, quraqlıq və iqlim dəyişikliyi, eləcə də, gölə tölülən suların il ərzində 2 milyard 100 milyon kub/m həcmində azalması və son 25 ildə istiliyin 1.5 dərəcə artması ilə əlaqələndirərək bildirib: "100 kəndin boşaldılması barədə xəbərlər isə Urmu gölü ilə heç bir əlaqəsi yoxdur və Maku şəhərinin ətrafındakı bəzi kəndlərin sel suyunun axışı xəttində olduqları ilə əlaqədardır".

"Əlbəttə, hal hazırda Urmu gölünün təxminən 200 hektarı qurumaqdadır və bu hüdudun ətrafındakı bəzi kəndlərdə kənd təsərrüfatı sahəsində işsizlik probleminin yaranması mümkündür. Lakin hökumət bu prosesi önləmək əzmindədir" - deyə səfir əlavə edib.

Pakayinin bildirdiyinə görə, 15 il əvvəldən Urmu gölundə başlanan kəskin ekoloji vəziyyəti nəzərə alaraq, İran İslam Respublikasının ətraf mühitin qorunması üzrə təşkilatı İrandakı göllərin qorunmasını nəzərdə tutan beynəlxalq proqram çərçivəsində və müxtəlif dövlət orqanlarının əməkdaşlığı ilə milli və gölətrafı yerli əyalətlər səviyyəsində ekologiya idarəçiliyi proqramını tənzimləmə prosesinə start verib.

Pakayin, həmçinin, əlavə edib ki, Urmu gölünün qorunması ilə əlaqədar olaraq, bu gölün "Problemləri və həlli yolları" mövzusunda İİR prezidentinin birinci müavininin və 500-dən artıq yerli və xarici qonağın iştirakı ilə beynəlxalq qurultay keçirilib ki, həmin qurultayda Almaniya, Rusiya, Türkiyə, Amerika, Finlandiya və bir neçə Avropa ölkəsinin universitetlərinin iştirak etmiş 10 profesoru problemin həlli üçün öz təkliflərini irəli sürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti