...

Dövlət Bahçeli Türkiyə Prezidentinin erməni həmkarına təbrik məktubu göndərməsini tənqid edib

Siyasət Materials 26 Fevral 2013 13:57 (UTC +04:00)
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bahçeli ölkə Prezidenti Abdullah Gülün yenidən Ermənistanın dövlət başçısı seçilən Serj Sarkisyana təbrik məktubu ünvanlamasını tənqid edib.
Dövlət Bahçeli Türkiyə Prezidentinin erməni həmkarına təbrik məktubu göndərməsini tənqid edib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bahçeli ölkə Prezidenti Abdullah Gülün yenidən Ermənistanın dövlət başçısı seçilən Serj Sarkisyana təbrik məktubu ünvanlamasını tənqid edib. Bu barədə Trend çərşənbə axşamı "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Bahçelinin sözlərinə görə, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Sarkisyanı prezident seçkilərində qazandığı qələbə ilə təbrik etmək qəbuledilməzdir.

"Gülün Xocalı soyqırımında bilavasitə iştirak edən Sarkisyanı təbrik etməsi bizim hamımızı məyus etdi", - partiya lideri qeyd edib.

O, həmçinin Xocalı soyqırımını XX əsrin ən qəddar cinayəti adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti