Azərbaycan, Bakı, 2 mart /Trend/
Tunisin prezidenti Monsef Marzuki ölkədəki fövqəladə vəziyyəti iyunun 3-dək uzadıb. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, Tunisdə fövqəladə vəziyyət 2011-ci ilin yanvar ayının 14-dən tətbiq edilib.
Rəsmi açıqlamada bildirilir ki, bu haqda qərar nazirlər kabinetinin sədrinin səlahiyyətlərini yerinə yetirən Hamadi Cebali və Milli Təsis Assambleyasının sədri Mustafa Ben Cəfərlə məsləhətləşmələrdən sonra verilib.