...

Suriya hakimiyyəti müxalifətlə danışıqlar üçün nümayəndə heyətini müəyyənləşdirib

Siyasət Materials 15 Mart 2013 06:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Suriyanın baş naziri Vael əl-Halki, baş nazirin birinci müavini Kadri Camil və daha üç nazir hakimiyyəti müxalifətlə aparıla biləcək danışıqlarda təmsil edəcək nümayəndə heyətinə daxil ediliblər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Paris və Vaşinqton Suriya müxalifətinin danışıqlar aparmaq üçün masa arxasına əyləşmək istədikləri nümayəndələrin müəyyənləşdirilməsi üçün Moskva ilə məsləhətləşmələr aparır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Londonda deyib ki, yaxın zamanlarda Suriya müxalifəti danışıqlar aparmaq üçün nümayəndə heyətini müəyyənləşdirəcək.

Xatırladaq ki, Suriyanın baş nazirinin birinci müavini Kadri Camil ötən ilin dekabr ayında Moskvaya səfərə gəlib. Hələ o zaman, Kadri Camil bildirmişdi ki, onlar hakimiyyətlə dialoqun qurulmasına razı olan müxalifətçilərlə danışıqlara hazırdırlar.

Xəbər lenti

Xəbər lenti