...

Pan Gi Mun: Novruz uzun sürən münaqişələrin həlli üçün lazım olan dəyərdir

Siyasət Materials 19 Mart 2013 13:18 (UTC +04:00)
BMT-nin qərərgahında Beynəlxalq Novruz Günü qeyd olunub.
Pan Gi Mun: Novruz uzun sürən münaqişələrin həlli üçün lazım olan dəyərdir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

BMT-nin qərərgahında Beynəlxalq Novruz Günü qeyd olunub.

Trend-in məlumatına görə, 12 ölkənin dəstəyi ilə keçirilən tədbirdə BMT-nin baş katibi Pan Gi Mun da iştirak edib.

Tədbirə dəvət edildiyinə görə təşəkkürünü bildirən Pan Gi Mun təbiətin yenilənməsini simvolizə edən bu mühüm bayramda iştirak etməsindən məmnunluğunu diqqətə çatdırıb.

"Bu gün burada bu qədər insanın toplaşması Novruzun müxtəlif mədəniyyətlərdən olan insanları birləşdirmək məramını nümayiş etdirir. Bu bayram təbiətlə harmoniyanı, insan həmrəyliyi və yeni başlanğıcları simvollaşdırır. Bu, iqlim dəyişikliyi, yoxsulluq probleminin, uzun sürən münaqişələrin həlli üçün bizə lazım olan dəyərdir", - Pan Gi Mun deyib.

Qeyd edək üç il öncə Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti