...

"Business New Europe": Azərbaycanın əhəmiyyəti regiondan kənarda da artır

Siyasət Materials 27 Mart 2013 13:53 (UTC +04:00)
Doqquz milyon əhalisi olan Azərbaycanın mövqeyi olduqca əlverişlidir.
"Business New Europe": Azərbaycanın əhəmiyyəti regiondan kənarda da artır

Azərbaycan, Bakı, 27 mart /Trend/

Doqquz milyon əhalisi olan Azərbaycanın mövqeyi olduqca əlverişlidir: zəngin karbohidrogen resursları Azərbaycanı regiondan kənarda da əhəmiyyətli edir, Avropa ilə artan enerji əlaqələri inkişaf edən bazarlara iqtisadi və diplomatik təsirlərini rahat qurmaq və göstərməklə ölkənin xarici təhlükəsizliyini artırmalıdır. Trend-in məlumatına görə, bu barədə Şərqi Avropa regionu üzrə ekspert Endryu Makdauel "Business New Europe" jurnalındakı məqaləsində yazır.

Müəllif qeyd edir ki, ölkənin xarici siyasətində ən böyük prioritet Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ayrılır. "Beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib. İki ölkə 1988-1993-cü illərdə Dağlıq Qarabağ uğrunda müharibə aparıblar. SSRİ-nin dağılmasından sonra bu münaqişə dünyada ən mürəkkəb münaqişələrdən biri olaraq qalır. Münaqişənin "dondurulması"na baxmayaraq, tez-tez atışmalar olur" , - müəllif yazır.

Azərbaycan Diplomatik Akademiyasının professoru Elnur Soltanovun sözlərinə görə, Azərbaycan hərbi işğala son qoymağa çalışır və rəsmi Bakı ölkənin tərkibində ən yüksək statuslu muxtariyyəti təklif etməyə hazırdır.

Onun sözlərinə görə, hazırda Ermənistanın münaqişənin həll edilməsində konkret irəliləyişə nail olmaq əvəzinə status-kvonun saxlanılması üçün sülh danışıqlarını bəhanə kimi istifadə etməsilə bağlı şübhələr var.

Beynəlxalq səviyyədə yaxın vaxtlarda münaqişənin nizamlanmasında sıçrayış olacağına az adam inanır. "Danışıqlar davam edəcək və vaxtaşırı onlar çox şəy vəd edəcək, lakin nəticəsiz olaraq qalır" , - bunu Qafqaz regionu üzrə amerikalı akademik və ekspert Çarlz Ferbenks bildirib.

Məqalədə bildirilir ki, Bakı ərazilərini qaytarmaq üçün problemin hərbi yolunu istisna etmir. Azərbaycan hökumətindəki mənbələrin məlumatına əsasən, Azərbaycanın illik hərbi xərcləri Ermənistanın bütün büdcəsini üstələyir.

"Türkiyə tarixən Cənubi Qafqazda Rusiya və İranın rəqibi olub və dünyəvi müsəlman dövləti olan Azərbaycanın təbii olaraq müttəfiqidir" , - məqalədə qeyd edilir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan layihəsi hər iki ölkə və onların ticarət tərəfdaşları üçün sərfəli olub.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Avropa İttifaqının (Aİ) planlaşdırdığı "Cənubi qaz dəhlizi" üzrə resurslar tədarük etməyə hazırlaşır. Bu layihəyə əsasən, Azərbaycanın təbii qazı Balkan yarımadasından keçməklə Avropanın "ürəyi"nə çatacaq. Əgər bu layihə həyata keçirilsə, "Qazprom"un planlaşdırdığı "Cənubi axın" boru kəmərinə alternativ və ən azı əlavə olacaq. "Cənub axını"na əsasən, Rusiyanın təbii qazı həmin bazarlara çatmalıdır", - məqalədə deyilir.

"Avropa, o cümlədən Böyük Britaniya investoralarının maraqlarının miqyası Azərbaycanda da (BP iri investordur) Qərbin ölkənin müstəqilliyi və suverenliyinin dəstəklənməsinə öz töhfəsini verir. Nümunə qismində, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük səyləri göstərmək olar" , - məqalədə qeyd edilir.

"Enerji resurslarından əldə edilən gəlirlər Azərbaycana beynəlxalq investisiyaları maliyyələşdirməyə kömək edir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya üzrə şaxələndirilmiş portfelə malikdir. ARDNF-nin, o cümlədən Londonun Meyfer rayonunda 180 milyon funt-sterlinq dəyərində ofis binası var" , - məqalədə deyilir. Dünya iqtisadiyyatının müxtəlif sahələrində, həmçinin turizmdə dövlətlə əlaqəsi olan Azərbaycanın digər şirkətləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti