...

Elmar Məmmədyarov Monqolustanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 9 Aprel 2013 16:32 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Monqolustanın xarici işlər naziri Luvsanvandan Boldu qəbul edib.
Elmar Məmmədyarov Monqolustanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Monqolustanın xarici işlər naziri Luvsanvandan Boldu qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq bildirib. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və Azərbaycanda müşahidə etdiyi iqtisadi inkişaf tepmindən təsirləndiyini nəzərə çatdırıb.

Nazir Azərbaycanın inkişaf modelinin region üçün nümunə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla qarşılıqlı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti