...

Sloveniya və Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

Siyasət Materials 19 Aprel 2013 17:39 (UTC +04:00)
Sloveniya və Albaniyanın sabiq prezidentləri Milan Kuçan və Recep Meydani mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak edəcəklər.
Sloveniya və Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Sloveniya və Albaniyanın sabiq prezidentləri Milan Kuçan və Recep Meydani mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hər iki sabiq dövlət başçısı Cənubi Qafqaz Forumunun təşkilatçılarından olan Madrid Klubunun üzvüdür.

Cənubi Qafqaz Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, "Foundation for Peace", Gəncə Şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Qeyd edək ki, Sloveniyanın ilk Prezidenti olan Milan Kuçan 1991-2002-ci illərdə ölkəsinə rəhbərlik edib.

Fizika üzrə alim olan Recep Meydani isə 1997-2002-ci illərdə Albaniya Prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti