...

Ermənistan və İran arasında əməkdaşlıq memorandumu imzalanacaq

Siyasət Materials 29 Aprel 2013 16:04 (UTC +04:00)
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Əjeyi aprelin 29-da Yerevana işgüzar səfər edəcək.
Ermənistan və İran arasında əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İranın baş prokuroru Qulamhüseyn Möhsüni Əjeyi aprelin 29-da Yerevana işgüzar səfər edəcək. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.

Səfər Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın dəvəti ilə baş tutacaq.

Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, üçgünlük səfər zamanı tərəflər transmilli cinayətkarlıqla mübarizədə hüquqi yardım və vətəndaşlar və hüquqi şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Danışıqların yekunu olaraq tərəflər arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti