...

İranda həbs edilmiş azərbaycanlılardan biri azadlığa buraxılıb

Siyasət Materials 5 May 2013 22:35 (UTC +04:00)
İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Trend-ə bu barədə İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumalı deyib.
İranda həbs edilmiş azərbaycanlılardan biri azadlığa buraxılıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə Trend-ə İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumanlı deyib.

Onun sözlərinə görə, bu haqda ona Şamxal Hüseynovun həyat yoldaşı Fatimə Hüseynova və qardaşı Nicat Hüseynov məlumat verib.

"Həftənin cümə axşamı günü Şamxal Hüseynov yoldaşı Fatimə Hüseynovaya zəng edərək bildirib ki, onu azadlığa buraxıblar. Yaxın günlərdə Şamxal Hüseynov Bakıya gələcək" - deyə Arzumanlı əlavə edib.

O, bildirib ki, İranın rəsmi qaydalarına görə, xarici vətəndaşlara hər hansı hadisəyə görə təqsirləndirilmiş və ya həbs edilmiş, sonradan isə azadlığa buraxılmış İran vətəndaşları ilə görüşmək qadağandır.

Qeyd edək ki, İran XİN-i məlumat yayaraq bildirib ki, saxlanılan Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda - qanunla qadağan edilmiş şəxslərlə görüşməkdə ittiham edilirlər.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti