...

Azərbaycan İranda öz vətəndaşlarının həbsi barədə hələ də rəsmi bildiriş almayıb

Siyasət Materials 6 May 2013 15:28 (UTC +04:00)
Azərbaycan İranda həbs edilmiş iki vətəndaşı haqqında hələ də rəsmi bildiriş almayıb.
Azərbaycan İranda öz vətəndaşlarının həbsi barədə hələ də rəsmi bildiriş almayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan İranda iki vətəndaşı həbs edilməsi haqqında hələ də rəsmi bildiriş almayıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

"Azərbaycan İranda hüquq mühafizə orqanları tərəfindən iki vətəndaşının - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şərqşünas alim Xalidə Xalid və onun köməkçisi Şamxal Hüseynovun həbs edilməsi barədə hələ də rəsmi bildiriş almayıb", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, İran KİV-in hakimiyyətin Şamxal Hüseynovu azadlığa buraxması barədə yaydığı məlumatların rəsmi təsdiqi yoxdur.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti