...

Bakıda tələbələrin təqaüd kartlarını "özəlləşdirən" şəxslər ifşa edilib

Siyasət Materials 20 May 2013 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyinində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları tərəfindən liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilib. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti