Azərbaycan, Bakı, 23 may /Trend/
Dəməşq Suriya üzrə Cenevrədə keçiriləcək beynəlxalq konfransda iştirakla bağlı qərar verməyib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Suriyanın xarici işlər nazirinin birinci müavini Feysal Mikdad bildirib.
"Biz Dəməşqdə Moskvada keçirdiyimiz görüşlərin nəticələri haqqında məlumat verəcəyik və ondan sonra konfransda iştirakla bağlı mövqeyimizi bildirəcəyik" - deyə Mikdad əlavə edib.
Mikdad deyib ki, onun Lavrovla keçirdiyi görüş konfransın texniki tərəflərinə aid olub.
Onun sözlərinə görə, danışıqlar mayın 23-dək davam edəcək.