...

Azərbaycanın hakim partiyasından ABŞ səfirinin müxalifətlə qapalı görüşünə reaksiya gəldi

Siyasət Materials 25 May 2013 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Güman etmirəm ki, ABŞ səfiri müxalifətin nümayəndələri ilə hansısa bir siyasi problem ətrafında müəyyən bir proqramla bağlı müzakirə aparmış olsun. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə ABŞ səfirinin ötən gün müxalifət liderləri ilə keçirdiyi qapalı görüşünə münasibət bildirərkən deyib.

Əhmədov qeyd edib ki, səfirliyin verdiyi məlumatdan belə aydın olur ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb: "ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın istər müxalifətin nümayəndələri ilə, istərsə də hakim Yeni Azərbaycan Partiyasınn (YAP) təmsilşiləri ilə tez- tez keçirdiyi görüşləri bütövlükdə maraqlı hesab edirik".

YAP rəsmisi hesab edir ki, bu, normal bir şeydir: "Əgər bu görüşdə Azərbaycanın daxili işlərinə qarışacaq söhbət olubsa, biz buna qarşı çıxırıq. Amma mən belə bir cəhdin olmasına inanmıram".

Əhmədov deyib ki, Riçard Morninqstar müxalifətlə keçirdiyi bu qapalı görüşdən sonra YAP rəsmiləri ilə də görüşəcəyinə güman etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti