...

Xalidə Xalid və sürücüsü Azərbaycan tərəfinə təhvil verilib

Siyasət Materials 3 İyun 2013 21:27 (UTC +04:00)
İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov artıq Azərbaycan tərəfinə təhvil verilib.
Xalidə Xalid və sürücüsü Azərbaycan tərəfinə təhvil verilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Cəfərov/

İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov artıq Azərbaycan tərəfinə təhvil verilib. Bu barədə Trend-ə AR XİN rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verilib.

Məlumata görə, yaxın vaxtlarda həmin şəxslər Azərbaycana gələcəklər.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti