...

Volqoqradda “Rusiya–Azərbaycan: regionlararası dialoq-2013” mövzusunda IV forum keçirilir

Siyasət Materials 5 İyun 2013 13:31 (UTC +04:00)
Azərbaycan paytaxtının adını daşıyacaq parkın təntənəli təməlqoyma mərasimindən sonra çərşənbə günü Rusiyanın Volqoqrad şəhərində "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV forum öz işinə başlayacaq.
Volqoqradda “Rusiya–Azərbaycan: regionlararası dialoq-2013” mövzusunda IV forum keçirilir

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan paytaxtının adını daşıyacaq parkın təntənəli təməlqoyma mərasimindən sonra çərşənbə günü Rusiyanın Volqoqrad şəhərində "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV forum öz işinə başlayacaq. Trend-in məlumatına görə bu barədə "İTAR TASS" agentliyi xəbər yayıb.

Forumun işində Rusiyanın Cənubi və Şimalı Qafqaz regionlarının administrasiyalarının nümayəndələri, biznesmenlər, sahibkarlar həmçinin Azərbaycandan 77 qonaq daxil olmaqla 200 nəfər iştirak edəcək. Bu barədə Volqoqrad vilayətinin iqtisadiyyat, xarici iqtisadi əlaqələr və investisiyalar naziri Elvira Laqutina bildirib.

Forumda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edir.
Laqutina bildirib: Forumun proqramı çox gərgin və müxtəlifdir. Bu gün Bakı parkının təməlqoyma mərasimindən sonra Volqoqradın mərkəzində "Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" adlı regionlararası sərgi keçiriləcək. Burada Rusiya regionları, bizim azərbaycanlı dostlarımız və tərəfdaşlarımız iştirak edəcəklər".

Onun sözlərinə görə, forumun əsas günü iyunun 6-ı olacaq. Yeni eksperimental teatrın binasında forumun rəsmi açılışı baş tutacaq. Burada Azərbaycan xalqının Böyük Vətən müharibəsinə verdiyi töhfə haqqında fotosərgi təqdim olunacaq və "Rusiya-Azərbaycan münasibətlərində Heydər Əliyev" adlı fotosərgisinin premyerası olacaq.

Plenar iclasdan sonra Rusiya və Azərbaycan hökumətləri arasında RF vahid energetika sistemi və Azərbaycan energetika sisteminin paralel işinin təmin edilməsi üzrə sazişin imzalanması gözlənilir.

Həmçinin Volqoqrad vilayəti və Azərbaycan arasında iqtisadi, mədəni və elmi-texniki sahələrdə əməkdaşlıq barədə saziş imzalanacaq.

Rusiya-Azərbaycan forumu dördüncü dəfə keçirilir. İlk dəfə o, 2010-cu ildə Bakıda, növbəti il Həştərxan şəhərində, sonra yenidən Bakıda, bu il isə Volqoqradda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti