...

Azərbaycan Prezidenti İsveç Kralını təbrik edib

Siyasət Materials 5 İyun 2013 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İsveç Kralını təbrik edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İsveçin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası və İsveç Krallığı arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın və ölkələrimizin maraqlarına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti