...

Misirdə "istefa zənciri" davam edir

Siyasət Materials 2 İyul 2013 16:41 (UTC +04:00)
Misir Nazirlər Kabinetinin mətbuat katibi İhab Fəhmi çərşənbə axşamı tutduğu vəzifədən istefa verib. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verib.
Misirdə "istefa zənciri" davam edir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Tağıyeva/

Misir Nazirlər Kabinetinin mətbuat katibi İhab Fəhmi çərşənbə axşamı tutduğu vəzifədən istefa verib. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verib.

Daha əvvəl bazar ertəsi xarici işlər naziri Məhəmməd Kamil Əmr də daxil olmaqla Misir hökumətinin beş naziri istefa verib.

Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.

Eyni zamanda, Misirdə islamçılar "qanun tərəfdarları"nı küçə aksiyalarına çağırırlar. Mursi dəftərxanası isə bildirib ki, Misir vətəndaş dövlətidir və hakimiyyət ölkəni keçmişə qaytarmağa imkan verməyəcək.

Misirdə daxili siyasi vəziyyət iyunun 30-da bütün ölkədə Məhəmməd Mursi rejiminə qarşı "Təmərrüd" (Qiyam) devizi altında keçirilən kütləvi etiraz aksiyalarından sonra kəskinləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti