...

Sədaqət Vəliyeva: 44 il öncə ölkəmizdə siyasi hakimiyyətə gəlmiş Heydər Əliyev fəaliyyətilə Azərbaycan ideyasının inkişafına yeni impuls vermişdi

Siyasət Materials 14 İyul 2013 12:00 (UTC +04:00)
Dövlətçilik tariximizin bir dövrü olan Sovet dönəmində də dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev milli inkişaf baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva: 44 il öncə ölkəmizdə siyasi hakimiyyətə gəlmiş Heydər Əliyev fəaliyyətilə Azərbaycan ideyasının inkişafına yeni impuls vermişdi

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir R.Vəlibəyov/

Dövlətçilik tariximizin bir dövrü olan Sovet dönəmində də dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev milli inkişaf baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Millət vəkili deyib ki, həqiqətən də, bu gün etiraf etmək lazımdır ki, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikada ilk dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Vəliyeva söyləyib ki, Heydər Əliyev həmin dövrdə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı, Azərbaycanı geri qalmış aqrar ölkədən sürətlə inkişaf edən sənaye dövlətinə çevirdi.

"O zaman sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Kənd təsərrüfatı isə sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi" - deyə millət vəkili vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Heydər Əliyevin təşəbbüsü ilə inkişafın intellektual əsaslarının möhkəmləndirilməsi, milli mədəniyyətimizin və dəyərlərimizin təbliği, diasporanın yaradılması, kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə təhsil almağa göndərildi.

"Eyni zamanda, musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı" - deyə Vəliyeva bildirib.

Onun sözlərinə görə, ölkəyə rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyev gördüyü işlərin sayəsində sanki müstəqil Azərbaycan dövlətinin əsaslarını formalaşdırırdı.

"Təkcə Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsinin salınması deyilən fikrə əyani sübutdur" - deyə Vəliyeva əlavə edib.

Deputat deyib ki, 44 il öncə ölkəmizdə siyasi hakimiyyətə gəlmiş Heydər Əliyev bütün fəaliyyətilə Azərbaycan ideyasının inkişafına yeni impuls vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti