...

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha böyük işlər görülməlidir

Siyasət Materials 22 İyul 2013 13:40 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha böyük işlər görülməlidir.
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha böyük işlər görülməlidir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha böyük işlər görülməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, əlbəttə ki, daxildə bu problem çox geniş işıqlandırılır, ancaq əsas məqsəd bu mövzunun xarici mətbuatda işıqlandırılmasıdır: "Son illər bu istiqamətdə - dövlət, ayrı-ayrı qurumlar, QHT-lər tərəfindən önəmli addımlar atılmışdır. Mətbuat işçiləri də bu işdə artıq xarici mətbu orqanlara çıxırlar. Biz bu işi daha da genişləndirməliyik. Hesab edirəm ki, müxtəlif layihələr və qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə apara bilərik".

Dövlət başçısı bildirib ki, Xocalı soyqırımı ilə bağlı məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir: "Bir neçə ölkə son bir neçə il ərzində artıq Xocalı soyqırımını tanıyıb. Nəyin hesabına? Çünki həm dövlət, həm də ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daima diqqətdə saxlayır və dünyada bu reallıqları əks etdirir. Bütünlükdə soyqırım faktını dünyaya təqdim etmək üçün jurnalistlərdən başqa heç kim bu işi yüksək səviyyədə təşkil edə bilməz. Xüsusilə, nəzərə alsaq ki, danışılası sözümüz çoxdur.

Son illər ərzində Azərbaycan istənilən sahədə böyük, bir çox hallarda analoqu olmayan inkişafa imza atıb və bu inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha çox tanınır. Yəni bunu inkar etmək olmaz. Nə qədər bəzi anti-Azərbaycan qüvvələri bunu inkar etməyə çalışsalar da, bunu görməmək olmaz. Və biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, bizə qarşı çox aqressiv olan erməni lobbisi onların gücü olan bütün ölkələrdə bizə qarşı fəaliyyət göstərir. Bir məqsədlə - sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə də Azərbaycan haqqında iftiralar, uydurmalar, reallığı əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür və öz şəbəkələri hesabına buna nail olurlar. Biz çalışmalıyıq ki, Azərbaycanın reallıqlarını geniş şəkildə xarici mətbuata çatdıraq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti