...

Əl-Baradeyi: Misirin yeni konstitusiyasının hazırlanmasına bir il vaxt lazımdır

Siyasət Materials 3 Avqust 2013 02:23 (UTC +04:00)
Misirin müvəqqəti hökuməti "Müsəlman qardaşlar" təşkilatını ölkədə siyasi proseslərdən kənarlaşdırmağa hazırlaşmır.
Əl-Baradeyi: Misirin yeni konstitusiyasının hazırlanmasına bir il vaxt lazımdır

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Misirin müvəqqəti hökuməti "Müsəlman qardaşlar" təşkilatını ölkədə siyasi proseslərdən kənarlaşdırmağa hazırlaşmır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Qahirədə müvəqqəti keçid hökumətinin vitse-prezidenti Məhəmməd əl-Baradeyi "Vaşinqton post" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Misirin silahlı qüvvələri ölkədə bundan sonra qan tökülməsinə yol verməməyə çalışır.

Əl-Вaradeyinin proqnozlarına əsasən, Misirdə ilk növbədə yeni konstitusiya hazırlanmalıdır, sonra isə parlament və prezident seçkiləri keçirilməlidir: "Ümid edirəm ki, bütün bu proseslər 9 ay və ya bir il vaxt aparacaq".

O, Misir prezidenti seçkilərində özünün iştirak etməsi ehtimalını qəti şəkildə rədd edib.

Nobel Sülh Mükafatı laureatı, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq baş direktoru Misirdə hərbi çevrilişin baş verməsi fikri ilə razılaşmır: "Silahlı qüvvələr yalnız vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə daxili siyasi böhrana müdaxilə edib".

Xəbər lenti

Xəbər lenti