...

Hüsnü Mübarək azadlığa buraxıldı

Siyasət Materials 21 Avqust 2013 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir A.Tağıyeva/

Misir məhkəməsi çərşənbə günü ölkənin keçmiş Prezidenti Hüsnü Mübarəkin həbsdən azadlığa buraxılması barədə qərar qəbul edib. Bu barədə Trend "Əl-Ərəbiyə" telekanalına istinadən bildirir.

Daha əvvəl, Qahirə məhkəməsi əsas ittihamlardan biri olan korrupsiya ittihamını Mübarəkin üzərindən götürdükdən sonra Mübarəkin vəkili Fərid əd-Dib bazar ertəsi keçmiş prezidentin həftənin sonuna kimi azadlığa buraxılmalı olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti