...

Devid Kemeron: Suriyaya qarşı əməliyyat məhdudlaşdırılmış olmalıdır

Siyasət Materials 27 Avqust 2013 22:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Suriyaya qarşı əməliyyat məhdudlaşdırılmış olmalıdır. Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verib.

"Bu hərbi əməliyyat o demək deyil ki, Böyük Britaniya Yaxın Şərqlə müharibəyə başlayır və ya Suriya münaqişəsində ilişib qalacaq. Söhbət kimyəvi silahdan gedir. Ondan istifadə qeyri-qanunidir və beynəlxalq ictimaiyyət buna göz yummamalıdır" - deyə Kemeron bildirib.

O, əlavə edib ki, Suriyaya hərbi müdaxilə ilə bağlı qəti qərar verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti