...

Ərdoğan: Türkiyə Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyir

Siyasət Materials 2 Sentyabr 2013 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Dünya birliyi Suriyaya qarşı qətiyyətli tədbirlər görməyənə qədər Bəşər Əsəd rejimi kütləvi qətləri davam etdirəcək. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Dünya birliyinin qərarı BMT Təhlükəsizlik Şurasının beş daimi üzvinin əlindədir və bu antidemokratikdir".

Baş nazir, o cümlədən vurğulayıb ki, Türkiyə Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti