...

İslam Əməkdaşlıq Təşkilatı prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Siyasət Materials 3 Sentyabr 2013 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbirlər S.Əhmədova, A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə 5 nəfərdən ibarət nümayəndə heyəti göndərəcək. Bu barədə Trend-ə təşkilatdan bildiriblər.

Məlumatda qeyd olunur ki, səfir Həbib Kaabaçinin rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 7-də Bakıya gələcək.

Heyət oktyabrın 11-də ölkəni tərk edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti