...

İlham Əliyev Dağıstan Prezidentini təbrik edib

Siyasət Materials 9 Sentyabr 2013 19:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Prezidenti Ramazan Abdulatipova təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Dağıstan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Prezidenti Ramazan Abdulatipova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Ramazan Hacımuradoviç, Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.

Hörmətli Ramazan Hacımuradoviç, Sizə möhkəm cansağlığı və dost Dağıstanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti