...

Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının Bakıya səfərinin tarixi açıqlandı

Siyasət Materials 12 Sentyabr 2013 15:58 (UTC +04:00)
Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün oktyabrın 6-da qısamüddətli müşahidə missiyasını Bakıya göndərəcək.
Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının Bakıya səfərinin tarixi açıqlandı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir S.Əhmədova/

Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün oktyabrın 6-da qısamüddətli müşahidə missiyasını Bakıya göndərəcək. Bu barədə Avropa Parlamentindən Trend-ə məlumat verilib.

Məlumata görə, qısamüddətli müşahidə missiyasına Avropa Parlamentinin 7 üzvü və onların köməkçiləri daxil olacaq.

Müşahidə missiyası oktyabrın 10-u ölkəni tərk edəcək.

Avropa Parlamentindən qısamüddətli müşahidə missiyasının Bakıya səfəri və digər məsələlərlə bağlı bu gün qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti